13 noyabr 2026. Cümə

Ralf Şumaxer “Ferrari” pilotları arasındakı gərginlikdən danışıb


  • Formula-1
  • 23:49 12.11.2026
  • Oxunma sayı: 52
Ralf Şumaxer “Ferrari” pilotları arasındakı gərginlikdən danışıb

“Formula-1”in keçmiş pilotu, hazırda analitik və ekspert kimi fəaliyyət göstərən Ralf Şumaxer “Ferrari” komandasındakı vəziyyətlə bağlı fikirlərini bölüşüb.  

90deqiqe.Az xəbər verir ki, Şumaxer bu barədə “RacingNews365” portalına danışıb.

“Onlar eyni səviyyədədirlər. Bir yarışda Hemilton, digərində isə Lekler daha sürətli olur. Bu o deməkdir ki, komandada aşkar lider olmayacaq. Halbuki Lüis bunu istəyərdi. O, müqaviləsinə belə bir bənd əlavə etdirə bilərdi, amma görünür, bunu etməyib.

“Ferrari”də anlayırlar ki, bu il həmin bolidin sükanı arxasında Kimi Antonelli və ya Maks Ferstappen olsaydı, yəqin ki, daha bir neçə yarışda qalib gələ bilərdilər.

Buna görə də “Ferrari”nin bu vəziyyətdən necə çıxacağını və pilotlar arasındakı münasibətlərin bundan sonra necə inkişaf edəcəyini maraqla izləyirəm. Nəticə etibarilə, Lüis dəfələrlə vurğulayıb ki, özünü müdafiə etmək niyyətində deyil və heç vaxt susmayacaq, düşündüklərini açıq şəkildə söyləyəcək. Bu isə onun hazırkı vəziyyətdən açıq-aşkar narazı olduğunu göstərir. Buna görə də, görünür, bir müddət trasda eyni mənzərənin şahidi olacağıq”, – deyə Şumaxer bildirib.

Qeyd edək ki, İtaliya kollektivində son vaxtlar monakolu Şarl Lekler və britaniyalı Luis Hemilton arasındakı münasibətlər gərginləşib.







Formula-1