13 noyabr 2026. Cümə

FIA “Daily Mail” jurnalistinə mövsümün sonunadək qadağa qoyub


  • Formula-1
  • 01:44 13.11.2026
  • Oxunma sayı: 53
FIA “Daily Mail” jurnalistinə mövsümün sonunadək qadağa qoyub

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) baş meneceri Alberto Vilyarreal “Daily Mail” nəşrinin jurnalisti Conatan MakEvoya cari ilin sonunadək Formula-1 yarışlarını mətbuat üçün işıqlandırmağa qadağa qoyulduğunu bildirib.

 90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalistə göndərilən məktubda qeyd olunub.

“FIA hesab edir ki, məqaləniz Formula-1 üzrə dünya çempionatını işıqlandırmaq üçün akkreditasiya olunmuş media nümayəndələrindən gözlənilən peşəkarlıq standartlarına uyğun deyil. Bununla əlaqədar olaraq, akkreditasiya qaydalarını rəhbər tutan FIA 2026-cı il mövsümünün qalan hissəsi üçün media akkreditasiyanızı dərhal qüvvəyə minməklə ləğv etmək qərarına gəlib”, – deyə məktubda bildirilib.

Nəşrin redaksiyasının qənaətinə görə, bu qərarın səbəbi MakEvoyun “Ferrari” barədə tənqidi məqalə yazmasıdır. Jurnalist həmin yazıda Meksika Qran-prisindən sonra davranışına görə Şarl Lekleri təhqiramiz ifadə ilə xarakterizə edib, həmçinin pilotun “Ferrari”nin rəhbəri Frederik Vassyörlə gərgin söhbətinin təfərrüatlarını açıqlayıb.







Formula-1