13 noyabr 2026. Cümə

Toto Volff “Mercedes”dən istefasını dəfələrlə istədiyini açıqlayıb


  • Formula-1
  • 23:36 13.11.2026
  • Oxunma sayı: 36
Toto Volff “Mercedes”dən istefasını dəfələrlə istədiyini açıqlayıb

“Mercedes” komandasının rəhbəri Toto Volff son illərdə bir neçə dəfə istefa vermək istədiyini, lakin şirkətin rəhbərliyinin bu müraciətləri qəbul etmədiyini bildirib.

90deqiqe.Az xəbər verir ki, Volff “Mercedes-Benz Group AG” şirkətinin baş icraçı direktoru Ola Kalleniusdan dəfələrlə istefasını qəbul etməsini xahiş etdiyini, lakin hər dəfə rədd cavabı aldığını deyib.

“Mən bir neçə dəfə Ola Kalleniusdan istefamı qəbul etməsini xahiş etmişəm, amma o, hər dəfə “Xeyr, qal” cavabını verib. Qalmaq istəmirəm, amma məni qalmağa məcbur edirlər”, – deyə Volffun sözlərini “Yahoo Sports” nəşri sitat gətirib.

Toto Volff 2013-cü ilin yanvarında “Mercedes”in Formula 1 komandasının rəhbəri təyin olunub. Onun rəhbərliyi dövründə Almaniya kollektivi 9 dəfə Konstruktorlar Kubokunu qazanıb (2014–2021, 2026), komandanın pilotları isə Qran-prilərdə ümumilikdə 130-dan çox qələbə əldə ediblər.







Formula-1