- Formula-1
- 23:10 14.11.2026
“Maklaren” komandasının pilotu, Formula 1 üzrə dünya çempionu Lando Norris 41 yaşlı yeddiqat dünya çempionu Luis Həmiltonun (“Ferrari”) ona necə ilham verdiyindən danışıb.
90deqiqe.Az xəbər verir ki, Norrisin sözlərinə görə, Həmiltonun uzun illər yüksək səviyyədə mübarizə aparması və yenidən ön sıralara qayıtması böyük nailiyyətdir.
“Əvvəlki reqlamentlə hazırlanan bolidlərlə keçirdiyi son bir neçə ilin Lüis üçün o qədər də uğurlu olmadığını düşünürəm. Lakin görünür, o, yenidən əvvəlki formasına qayıdıb və ön sıralarda mübarizə apararaq bu idman növünün ən yaxşılarından biri olduğunu sübut edir.
Bu qədər uzun müddət yüksək səviyyədə mübarizə aparmaq, həqiqətən də, inanılmaz nailiyyətdir. O, bir çoxumuz üçün böyük ilham mənbəyidir.
Açığı, özümün də onun qədər uzun müddət yarışacağımı düşünmürəm. Amma bu, karyeram üçün yaxşı perspektivdir. Bir çempionluq titulunun mənə kifayət edəcəyini düşünürdüm. Lakin Lüisə baxanda yalnız bir dəfə çempion olmağımla kifayətlənmək istəmirəm. Bunu müsbət mənada deyirəm.
Onun bu yaşda, bu formada olduğunu görmək mənə karyeramı hələ uzun illər davam etdirə və yüksək səviyyədə mübarizə apara biləcəyimə əvvəlkindən daha çox inanmağa əsas verir. Gələcəkdə məni nələrin gözlədiyini səbirsizliklə gözləyirəm”, – deyə Norris “RacingNews365” nəşrinə açıqlamasında bildirib.