16 noyabr 2026. Bazar ertəsi

Ralf Şumaxer Həmiltonun “Ferrari”dəki çıxışını tənqid edib


  • Formula-1
  • 18:49 15.11.2026
  • Oxunma sayı: 58
Ralf Şumaxer Həmiltonun “Ferrari”dəki çıxışını tənqid edib

Formula 1-in sabiq pilotu Ralf Şumaxer “Ferrari” komandasının pilotları Şarl Lekler və Luis Həmilton arasındakı rəqabətlə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis bu barədə “FormulaPassion”a açıqlamasında danışıb.Şumaxerin fikrincə, Həmilton komanda yoldaşı Leklerlə müqayisədə kifayət qədər sürətli deyil:

“Həmiltonun problemi Leklerlə müqayisədə yetərincə sürətli olmamasıdır. Əgər o, vaxtilə qardaşım Mixael Şumaxerin olduğu kimi, komanda yoldaşından açıq şəkildə üstün olsaydı, bu müzakirələr ümumiyyətlə yaranmazdı. Bu müzakirələrə səbəb olan məhz onun çıxışıdır.

Həmilton üçün komandanın birinci pilotu statusunu qazanmaq çətin olmazdı. Lakin bunun üçün o, daim Lekleri qabaqlamalı idi. Özü də cüzi fərqlə deyil, ən azı yarım saniyə üstünlüklə.

Həmiltonla Corc Rassell, eləcə də Rasselllə Kimi Antonelli arasındakı müqayisəni nəzərə alsaq, belə bir sual yaranır: Həmilton hazırda nə dərəcədə güclüdür? Eyni zamanda, Leklerin səviyyəsi necə qiymətləndirilməlidir? Onların hər ikisi dünya çempionu səviyyəsində pilotdurmu?”







Formula-1