- Formula-1
- 22:56 18.11.2026
“Ferrari” komandasının britaniyalı pilotu, yeddiqat “Formula-1” çempionu Luis Həmilton Las-Veqas Qran-prisi öncəsi GTA 6 oyununun təqdimatı barədə danışıb.
90deqiqe.Az xəbər verir ki, 41 yaşlı pilot yeni oyunu səbirsizliklə gözlədiyini bildirib.
“Yeri gəlmişkən, bu gün yeni oyun çıxır. Ona görə də cümə axşamı axşamı otelə bir az tez qayıdacağam. Uşaqlıq illərimi xatırlayacağam və ümid edirəm ki, siz də uşaqlıqda necə olduğunuzu yada salacaqsınız”
Qeyd edək ki, GTA 6 bu gün Bakı vaxtı ilə saat 15:00-da Yeni Zelandiyada satışa çıxıb. Hindistanda oyunçular onu saat 22:30-dan, Türkiyə hesablarının sahibləri isə noyabrın 19-na keçən gecə saat 00:01-dən etibarən oynaya biləcəklər. ABŞ və Kanadada isə oyun Bakı vaxtı ilə saat 09:00-da əlçatan olacaq.