19 noyabr 2026. Cümə axşamı

“Heç bir narahatlığım yoxdur”


  • Formula-1
  • 23:21 19.11.2026
  • Oxunma sayı: 29
“Heç bir narahatlığım yoxdur”

“Ferrari” komandasının pilotu, yeddiqat “Formula-1” dünya çempionu Luis Hemilton komanda yoldaşı Şarl Leklerlə trasdakı mübarizəsi və aralarındakı münasibətlər barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, britaniyalı pilot son vaxtlar yaşanan fikir ayrılıqlarına baxmayaraq, tərəflərin mübahisəli məqamları müzakirə edərək ortaq məxrəcə gəldiklərini bildirib.

Hemilton gələcəkdə Leklerlə trasda mübarizənin problem yaradacağını düşünmədiyini vurğulayıb:

“Düşünmürəm ki, bu, çətin olacaq. Şarlın əla pilot olduğunu hesab edirəm. Belə vəziyyətləri, o cümlədən dəbilqəmizin şüşəsini endirdikdən sonra trasda baş verənləri ətraflı müzakirə etmişik.

Artıq bir-birimizi, hər birimizin sərhədlərini yaxşı anlayırıq və ümumi məqsədimizin komanda üçün ən yaxşı nəticəni əldə etmək olduğunu bilirik.

Buna görə də gələcəkdə bunun problem yaradacağını düşünmürəm. Onunla mübarizə aparmaqla bağlı heç bir narahatlığım yoxdur. İnanmıram ki, onun da mənimlə bağlı hər hansı narahatlığı olsun”, – deyə Hemiltonun sözlərini “RacingNews365” nəşri sitat gətirib.







Formula-1