- Formula-1
- 10:15 22.11.2026
Formula 1 dünya çempionatının 21-ci mərhələsi olan Las-Veqas Qran-Prisində finiş xəttini ilk keçən pilot Maks Verstappen olub.
90deqiqe.Az-ın məlumatına görə, “Red Bull” komandasının niderlandlı sürücüsü yarışı birinci pillədə başa vurub. “McLaren” pilotları Lando Norris və Oskar Piastri isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Beləliklə, Las-Veqas mərhələsində podiumun ilk iki pilləsində Maks Verstappen və Lando Norris, üçüncü pilləsində isə Oskar Piastri qərarlaşıb.
Qeyd edək ki, Formula 1 üzrə dünya çempionatının növbəti mərhələsi noyabrın 27–29-da Qətərdə keçiriləcək. Pilotlar Lusail avtodromunda mübarizə aparacaqlar.