23 noyabr 2026. Bazar ertəsi

Rassell Las-Veqas Qran-prisi zamanı Verstappenə əməkdaşlıq təklif edib


  • Formula-1
  • 22:34 23.11.2026
  • Oxunma sayı: 41
Rassell Las-Veqas Qran-prisi zamanı Verstappenə əməkdaşlıq təklif edib

“Mercedes” pilotu Corc Rassell Las-Veqas Qran-prisi zamanı “Red Bull”un sürücüsü Maks Verstappenə müvəqqəti əməkdaşlıq etməyi təklif edib.

90deqiqe.Az-ın məlumatına görə, britaniyalı pilot bununla digər rəqiblərlə aralarındakı fərqi artırmağı hədəfləyib.

Rassell yarışın 11-ci dövrəsində, liderlər üçüncü yerdə qərarlaşan Ferstappenin komanda yoldaşı İsak Hadjardan uzaqlaşmağa başlayanda bu təklifini komandasına radio vasitəsilə çatdırıb.

“Əgər bu, digərlərindən uzaqlaşmağımıza kömək edəcəksə, Maksla əməkdaşlığa etiraz etmirəm. O, mövqeləri dəyişmək istəyirsə, dəyişək, amma bir-birimizə qarşı müdafiə olunmayaq”, – Rassellin sözlərini “RaceFans” nəşri yayıb.

Lakin Rassellin yarış mühəndisi Markus Dadli bu təklifə cavab verməyib. Verstappenin mühəndisi Tom Hart da britaniyalının mesajını niderlandlı pilota çatdırmayıb.

Nəticədə Verstappen yarışı qalib kimi başa vurub, Rassell isə doqquzuncu yeri tutub. Britaniyalı pilot Andrea Kimi Antonellidən ikinci mövqeyi geri almağa çalışarkən trasdan çıxaraq baryerə çırpılıb və mövqelərini itirib.







Formula-1