25 noyabr 2026. Çərşənbə

“Uilyams” xərc limitini aşdığına görə FIA tərəfindən cəzalandırılıb


  • Formula-1
  • 22:54 25.11.2026
  • Oxunma sayı: 30
“Uilyams” xərc limitini aşdığına görə FIA tərəfindən cəzalandırılıb
Rəsmi

“Uilyams” komandası 2025-ci il üzrə xərc limiti ilə bağlı hesabatların təqdim edilməsində qayda pozuntularına yol verdiyini rəsmən etiraf edib.

90deqiqe.Az-ın məlumatına görə, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) apardığı araşdırma nəticəsində limitin qəsdən deyil, bilmədən aşıldığı müəyyənləşib.

“Uilyams” FIA ilə 2025-ci il üzrə xərc limiti hesabatına dair qayda pozuntusunu qəbul etməklə bağlı razılığa gəlib.

FIA müəyyən edib ki, komandamız xərc limitini cüzi məbləğdə aşıb və bununla bağlı prosedur qaydalarını da pozub. Limit 627 min funt sterlinq və ya 0,48 faiz həcmində, bilmədən keçilib. Razılaşdırılmış qərara əsasən, komandaya maliyyə cəriməsi tətbiq olunacaq, həmçinin növbəti 12 ay ərzində aerodinamik boruda və CFD simulyasiyalarında sınaq imkanları 1,5 faiz azaldılacaq.

Qayda pozuntusu şirkətin strukturunda dəyişikliklər zamanı yaranan inzibati xərclərlə bağlıdır. Biz bu xərclərin xərc limitinə daxil olmadığını düşünürdük. Lakin FIA ilə aparılan müzakirələrdən sonra onların limitə daxil edilməli olduğu barədə federasiyanın mövqeyi ilə razılaşdıq.

FIA “Uilyams”ın bu pozuntu nəticəsində nə idman, nə də maliyyə baxımından hər hansı üstünlük əldə etmədiyini təsdiqləyib. Komanda bütün yoxlama prosesi ərzində xoş niyyət nümayiş etdirib və araşdırma ilə əməkdaşlıq edib.

Dürüstlük “Uilyams” üçün əsas prinsiplərdən biridir. Artıq bu məsələni geridə qoyaraq gələcəyə köklənə bilərik. Biz xərc limitinin tətbiqini hər zaman qətiyyətlə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Bu sistemin effektiv işləməsi üçün dəqiq nəzarət vacibdir”, – deyə komandanın açıqlamasında bildirilib.







Formula-1