25 noyabr 2026. Çərşənbə

Verstappen Qətər Qran-prisi öncəsi gözləntilərini açıqlayıb


  • Formula-1
  • 22:57 25.11.2026
  • Oxunma sayı: 32
Verstappen Qətər Qran-prisi öncəsi gözləntilərini açıqlayıb
Rəsmi

“Red Bull” komandasının pilotu Maks Verstappen Formula 1 üzrə mövsümün sondan əvvəlki mərhələsi olan Qətər Qran-prisi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, niderlandlı pilot Lusail trasının xüsusiyyətlərinə və təkərlərin düzgün idarə olunmasının əhəmiyyətinə diqqət çəkib.

“Las-Veqasda inanılmaz yarış keçirdik və qələbə qazanmağımız çox sevindirici oldu. Doha trası isə tamamilə fərqlidir. Burada çətin döngələrlə yanaşı, çoxsaylı sürətli döngələr və axıcı hissələr var. Belə konfiqurasiya sürətli döngələrdə yaxşı nəticə göstərən bolidlərə uyğundur.

Qətərdə təkərlərlə düzgün işləmək həmişə böyük əhəmiyyət daşıyır. Xüsusilə də bir təkər dəstindən maksimum 27 dövrə istifadə məhdudiyyətini nəzərə alsaq. Təkərlər yüksək yüklənməyə məruz qalır. Buna görə də strategiyanı diqqətlə müəyyənləşdirməli və təkərlərin davranışını mümkün qədər yaxşı öyrənməliyik.

Son yarışlarda sabit və güclü nəticələr göstərmişik. Komanda bu mövsüm əla iş ortaya qoyub. Əvvəllər bu trasda uğur qazanmışıq, lakin yeni texniki reqlament şəraitində yarış həftəsonunun necə keçəcəyini proqnozlaşdırmaq çətindir.

Əsas məqsədimiz Konstruktorlar Kubokunda üçüncü yeri tutmaqdır. Buna görə də mövsümün son iki yarışında hazırkı formamızı qoruyub saxlamalıyıq”, – deyə Verstappenin sözlərini “Red Bull”un mətbuat xidməti yayıb.

Qeyd edək ki, Qətər Qran-prisi Formula 1 üzrə mövsümün sondan əvvəlki mərhələsi olacaq.







Formula-1