- Formula-1
- 23:31 25.11.2026
"Formula 1"in sabiq pilotu Ralf Şumaxer Las-Veqas Qran-prisində “Ferrari” pilotları Luis Həmilton və Şarl Lekler arasında baş verən toqquşmanı şərh edib.
90deqiqe.Az-ın məlumatına görə, o, britaniyalı pilotun hadisə zamanı qəsdən belə davrandığını düşündüyünü bildirib.Şumaxerin fikrincə, insidentdə əsas məsuliyyət ötmə manevrinə başlayan Leklerin üzərinə düşsə də, Həmiltonun hərəkətləri təsadüfi olmayıb.
“Xətaya görə əsas məsuliyyət Leklerin üzərinə düşür, çünki ötmə manevrinə məhz o başladı. Lakin hadisəyə diqqətlə baxdıqda Həmiltonun ona yol vermədiyini görmək mümkündür. O, sanki Lekleri heç görməyibmiş kimi davrandı. Hesab edirəm ki, bu, qəsdən edilmiş hərəkət idi. Çünki onun yarışı demək olar ki, artıq məhv olmuşdu.
Həmilton açıq şəkildə Lekleri üstələyir. O, istənilən yolla birinci pilot statusunu təsdiqləməkdə qərarlıdır. Leklerə dərs vermək, onu psixoloji cəhətdən sarsıtmaq istəyir.
İndi “Ferrari” rəhbərliyi bu məsələni necə həll edəcəyini və komandada birinci pilotun kim olduğunu müəyyənləşdirməlidir. Əgər vəziyyəti nəzarətə götürə bilməsələr, pilotlardan biri komandanı tərk etməli olacaq. Buna şübhə yoxdur”, – deyə Şumaxerin sözlərini “FormulaPassion” nəşri sitat gətirib.