26 noyabr 2026. Cümə axşamı

“Ferrari” Həmilton və Leklerə bir-biri ilə mübarizə aparmağı qadağan edib?


  • Formula-1
  • 01:13 26.11.2026
  • Oxunma sayı: 40
“Ferrari” Həmilton və Leklerə bir-biri ilə mübarizə aparmağı qadağan edib?

“The Race” nəşrinin jurnalisti Mark Hyuz “Ferrari” rəhbərliyinin Luis Həmilton və Şarl Lekler arasında trasdaxili mübarizəyə ciddi məhdudiyyətlər qoyduğunu bildirib.

90deqiqe.Az-ın məlumatına görə, onun məlumatına görə, 2026-cı il mövsümünün Qətər və Əbu-Dabi mərhələlərində pilotlar bir-biri ilə sərbəst mübarizə apara bilməyəcəklər.

“Şarl Lekler və Luis Həmiltonun 2026-cı ilin qalan yarışlarında trasda bir-biri ilə mübarizə aparmasına icazə veriləcəyini gözləməyin. Qətər və Əbu-Dabi Qran-prilərində iki “Ferrari” pilotu arasındakı mübarizənin ciddi şəkildə nəzarətdə saxlanılacağını düşünürük. Onların arasında heç bir ötmə manevri olmayacaq. Ümumiyyətlə, bir-birlərinə qarşı mübarizə aparmaqda sərbəst olmayacaqlar. Yalnız digər komandaların bolidləri ilə mübarizə apara biləcəklər”, – deyə Hyuzun sözlərini “The Race” nəşri sitat gətirib.







Formula-1