“Formula-1” üzrə Qətər Qran-prisinin sıralanma turu başa çatıb.
90deqiqe.Az xəbər verir ki, “Mercedes” komandasının pilotu Corc Rassell poul-pozisiyanı qazanıb. Onun komanda yoldaşı Kimi Antonelli ikinci nəticəni göstərərək “Mercedes” pilotlarının start düzümünün ilk cərgəsində yer almasını təmin edib.
“McLaren” komandasının pilotu Lando Norris isə üçüncü olub. “Red Bull”un lideri Maks Verstappen sıralanma turunu yalnız altıncı pillədə başa vurub.
Qətər Qran-prisinin sıralanma turunun nəticələri:
- Corc Rassell (“Mercedes”) – 1:21.695
- Andrea Kimi Antonelli (“Mercedes”) – 1:21.823
- Lando Norris (“McLaren”) – 1:22.175
- Oskar Piastri (“McLaren”) – 1:22.245
- İsak Hacar (“Red Bull”) – 1:22.291
- Maks Verstappen (“Red Bull”) – 1:22.332
- Şarl Lekler (“Ferrari”) – 1:22.955
- Arvid Lindblad (“Racing Bulls”) – 1:23.032
- Lüis Hemilton (“Ferrari”) – 1:23.108
- Liam Louson (“Racing Bulls”) – 1:23.134
İkinci seqmentdə mübarizəni dayandıran pilotlar:
- Oliver Berman (“Haas”) – 1:23.367
- Pyer Qasli (“Alpine”) – 1:23.568
- Qabriel Bortoleto (“Audi”) – 1:23.654
- Franko Kolapinto (“Alpine”) – 1:23.659
- Rafael Kamara (“Haas”) – 1:23.863
- Niko Hülkenberq (“Audi”) – 1:23.899
Birinci seqmentdə mübarizəni dayandıran pilotlar:
- Karlos Sayns (“Williams”) – 1:24.370
- Aleks Albon (“Williams”) – 1:24.552
- Fernando Alonso (“Aston Martin”) – 1:24.710
- Lens Stroll (“Aston Martin”) – 1:25.250
- Valtteri Bottas (“Cadillac”) – 1:25.363
- Serxio Peres (“Cadillac”) – 1:25.799