30 noyabr 2026. Bazar ertəsi

“Ferrari”nin pilotu Şarl Lekler Qətər Qran-prisində pit-stop zamanı vaxt itirdi


  • Formula-1
  • 21:35 29.11.2026
  • Oxunma sayı: 54
“Ferrari”nin pilotu Şarl Lekler Qətər Qran-prisində pit-stop zamanı vaxt itirdi

“Ferrari” komandasının pilotu Şarl Lekler "Formula 1" üzrə Qətər Qran-prisində ilk pit-stop zamanı problemlə üzləşib.

90deqiqe.Az-ın məlumatına görə, komandanın mexanikləri monakolu pilotun bolidində sol ön təkəri operativ şəkildə dəyişə bilməyiblər. Nəticədə Leklerin pit-stopu təxminən 12 saniyə davam edib.

Sərt təkər dəstinə keçən pilot trasa 13-cü sırada qayıdıb. Həmin vaxt ondan öndə “Red Bull”un pilotu İsak Hacar, “Uilliams”ın təmsilçisi Aleks Albon və “Audi” komandasının sürücüsü Qabriel Bortoleto qərarlaşıblar.

Qeyd edək ki, pit-stopdan əvvəl Lekler rəqiblərinin erkən dayanacaqlarından yararlanaraq bir neçə mövqe irəliləyib və hətta müəyyən müddət yarışa liderlik edib.







Formula-1