22 oktyabr 2024. Çərşənbə axşamı

"Formula 1" pilotu ABŞ Qran-prisi zamanı marixuana iyi hiss edib


  • Formula-1
  • 12:23 02.11.2019
  • Oxunma sayı: 608
"Formula 1" pilotu ABŞ Qran-prisi zamanı marixuana iyi hiss edib

"Ferrari" pilotu Sebastyan Fettel "Formula 1" üzrə ABŞ Qran-prisinin keçirildiyi Texas ştatındakı Ostin trasında marixuana iyi hiss edib.

Corner.az-ın məlumatına görə, bu barədə almaniyalı sürücünün özü məşqdən sonra açıqlamasında bildirib. O, ABŞ-da marixuananın qanuni olub-olmadığı ilə maraqlanıb. Fettel narkotik bitki iyini ilk və 11-ci döngələrdə hiss etdiyini söyləyib.

Qeyd edək ki, Texasda marixuana rekreativ becərilmə üçün qadağan olunub. Amma ondan tibbi məqsədlər üçün istifadəyə icazə verilir.(report)







Formula-1