7 noyabr 2026. Şənbə

Lion'da iki ciddi itki


Lion'da iki ciddi itki

"Lion" iki əsas futbolçusunu itirib.

Corner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Liqa1-in 17-ci turunda "Renn"lə görüşdə yarımmüdafiəçi Ceff Reyne-Adelayde və hücumçu Memfis Depay sıradan çıxıb.

Hər iki futbolçu diz nahiyəsindən zədələnib. Onların durumunun ağır olduğu bildirilir. Depaya sol diz çarpaz bağlarının yırtılması diaqnozu qoyulub. Yarımmüdafiəçidə də bənzər problemdi. Hər iki futbolçunun bərpası 6 ay çəkə bilər. Bu isə o deməkdi ki, Depay gələn yay keçiriləcək Avropa çempionatında Hollandiya yığmasında iştirak etməyə bilər.

Qeyd edək ki, Depay bu mövsüm klubun heyətində 14 qol, 2 assistlə yadda qalıb.







Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi