8 noyabr 2026. Bazar günü

"Milliyə lazım deyiləm" - Buffon


"Milliyə lazım deyiləm" - Buffon
PSG-nin qapıçısı G.Buffon İtaliya millisinə qayıdacağı ilə bağlı söz-söhbətlərə aydınlıq gətirib.

Corner.az-ın məlumatına görə, 40 yaşlı qolkiper məlumatı təkzib edib. Buffon bildirib ki, hazırda İtaliya millisində ona ehtiyac yoxdur: "Mancini ilə danışmışam. Milli komandaya lazım deyiləm. Yığma əmin əllərdədir. Roberto düzgün seçim etməyi yaxşı bilir". Buffon "Juventus"dan gedişindən sonra kapitanlıq sarğısının Giorgio Chiellini'yə həvalə olunmasına da münasibət bildirib: "Şadam ki, məndən sonra millidə olduğu kimi, "Juventus"da da sarğını Chiellini daşıyır. O, həm insan, həm də futbolçu kimi buna layiqdir".

Qeyd edək ki, Buffon ötən ilin noyabr ayında İtaliya millisi ilə vidalaşıb.(qol.az)





Fransa L.1

PSJ-yə bir qol bəs etdi
  • Fransa L.1
  • 02:02 08.11.2026
PSJ-yə bir qol bəs etdi
Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi