15 avqust 2026. Şənbə

PSJ-də iki ciddi itki


PSJ-də iki ciddi itki

PSJ-nin futbolçuları Tiaqo Silva və Ander Herrera Fransa çempionatının 26-cı turunda "Bordo" ilə matçda zədələniblər.

Corner.az klubun saytına istinadən xəbər verir ki, bu səbəbdən Silvanın 3 həftə, Herreranın isə 3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Beləliklə, hər iki futbolçu Çempionlar Liqasının 1/8 finalında "Borussiya Dortmund" ilə cavab görüşündə komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, PSJ - "Borussiya" oyunu martın 11-i keçiriləcək. Bu komandalar arasında ilk matçda Dortmund klubu 2:1 hesabı ilə qələbə qazanıb.







Fransa L.1

"Malyorka" PSJ-ni darmadağın etdi
  • Fransa L.1
  • 01:05 06.08.2026
"Malyorka" PSJ-ni darmadağın etdi