23 oktyabr 2024. Çərşənbə

Monako'nun futbolçusuna sərt cəza


Monako'nun futbolçusuna sərt cəza

 "Monako"nun futbolçusu Jelson Martins cəzalandırılıb.

Corner.az xəbər verir ki, bu barədə Liqa 1-in rəsmi saytı məlumat yayıb.

Portuqaliyalı yarımmüdafiəçi yerli çempionatın 22-ci turunun "Nim"lə oyununda (1:3) baş hakim Mikael Lesajı itələdiyi üçün 6 aylıq diskvalifikasiya olunub.

Hadisə matçın 32-ci dəqiqəsində baş verib. Referi "Monako"nun yarımmüdafiəçisi Temue Bakayokoya qırmızı vərəqə göstərdiyi üçün J.Martins ona etirazını bildirib. Daha sonra isə hakimi itələyib. Nəticədə M.Lesaj 25 yaşlı oyunçuya da qırmızı vərəqə göstərib. Futbolçunun diskvalifikasiya müddəti fevralın 6-dən hesablanacaq.

Qeyd edək ki, J.Martins 2019-cu ilin yanvarından "Monako"da çıxış edir. Komandanın heyətində 23 oyun keçirən yarımmüdafiəçi 4 qol vurub, 1 məhsuldar ötürmə edib.(report)







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib