- Fransa L.1
- 13:30 21.11.2024
PSJ-nin futbolçuları Neymar və Tyaqo Silva koronavirus pandemiyasına görə Braziliyaya qayıdıblar.
Corner.az xəbər verir ki, bu barədə ESPN bildirib.
Məlumata görə, Paris klubu bütün futbolçulara özlərini istədikləri yerdə sərbəst təcrid etməyə icazə verib. Onlardan Neymar və Silva vətənə qayıtmaq barədə qərar qəbul ediblər.
Digər futbolçular Parisdə qalmağı üstün tutublar. Onların arasında Markinos da var. PSJ məşqlərin nə vaxt başlayacağı barədə hələ açıqlama verməyib.
Qeyd edək ki, COVID-19 infeksiyası ötən ilin sonunda Çində qeydə alınıb.Fransa çempionatı koronavirusa görə dayandırılıb.