23 oktyabr 2024. Çərşənbə

Fransa çempionatı bu tarixlərdə bərpa oluna bilər


Fransa çempionatı bu tarixlərdə bərpa oluna bilər

Koronavirus pandemiyasına görə dayandırılan Fransa çempionatında cari mövsümün bərpası üçün 2 tarix müzakirə olunur.

Corner.az  "LEquipe" nəşrinə istinadən xəbər verir ki, Liqa 1-in iyunun 3-ü və ya 17-də yenidən başladılması nəzərdən keçirilir.

Hazırda Fransa Futbol Federasiyasının məhz bu iki tarix üzərində dayandığı bildirilib. İddiaya görə, son qərar ölkədəki vəziyyətdən asılı olaraq veriləcək.

Qeyd edək ki, Liqa 1 martın 13-də dayandırılıb. 29 turdan sonra ehtiyatda bir oyunu olan PSJ 68 xalla liderdir. 12 xal geridə olan "Marsel" isə ikinci yerdə gedir.







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib