5 dekabr 2025. Cümə

PSJ-nin futbolçuları maaşlarının azaldılmasını istəmirlər


PSJ-nin futbolçuları maaşlarının azaldılmasını istəmirlər
PSJ-nin koronavirus pandemiyası səbəbiylə futbolçuların məvacibini azaltmaq istədiyi barədə məlumat vermişdik.
 
Corner.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi futbolçularla danışıqlara başlasa da komanda üzvləri məvaciblərin azaldılmasına razı olmayıb. 
 
Klubun idman direktoru Leonardonun futbolçular Markinyos və Tyaqo Silva ilə məvaciblərin 20-30 faiz azaldılması ilə bağlı danışıqlar apardığı, ancaq hər iki futbolçunun komanda adından bu təklifi qəbul etmədikləri bildirilir.
 
Tərəflər arasında danışıqların davam etdiyi və klub prezidenti Nasser Əl-Xələfinin futbolçuların razılaşacağına ümid etdiyi vurğulanıb.






Fransa L.1

“Marsel” evdə xal itirdi
  • Fransa L.1
  • 02:07 30.11.2025
“Marsel” evdə xal itirdi
“Lion”dan rekord zərər
  • Fransa L.1
  • 18:45 29.11.2025
“Lion”dan rekord zərər