23 aprel 2026. Cümə axşamı

Navas və həyat yoldaşından nümunəvi addım


Navas və həyat yoldaşından nümunəvi addım

PSJ-nin kosta-rikalı qapıçısı Keylor Navas koronavirusla mübarizədə həmyerlilərinə yardım edəcək.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, Navas və həyat yoldaşı Andrea Salas “The Times of Hopes” fondunun köməyiylə 3700 qida paketi hazırlayıb. Navasın hökumətin icazəsini aldıqdan sonra yardım paketlərini paylayacağı bildirilib.

Qeyd edək ki, Kosta-Rikada koronavirusa 695 nəfər yoluxub. Onların 6-sı vəfat edib.(qol)







Fransa L.1

PSJ evdə “Nant”ı məğlub etdi
  • Fransa L.1
  • 00:11 23.04.2026
PSJ evdə “Nant”ı məğlub etdi
PSJ-də ciddi itki
  • Fransa L.1
  • 21:41 20.04.2026
PSJ-də ciddi itki