23 oktyabr 2024. Çərşənbə

PSJ Fransa çempionu elan olundu


PSJ Fransa çempionu elan olundu

PSJ Fransa çempionatında 2019/2020 mövsümünün qalibi elan olunub.

Corner.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb. Koronavirus səbəbindən vaxtından əvvəl dayandırılan çempionata PSJ 27 turdan sonra 68 xalla liderlik edirdi. Paris təmsilçisi ən yaxın izləyicisi "Marsel"i 12 xal qabaqlayırdı.

 ***

Fransa Liqa 1-in saytı PSJ-nin bu mövsümün qalibi elan olunmasını rəsmən açıqlayıb. 

Mövsümü 2-ci sırada başa vuran "Marsel" PSJ ilə birlikdə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparacaq. 3-cü sıradakı "Renn" (tarixində ilk dəfə) ÇL-in pley-off mərhələsində çıxış edəcək. "Lill", "Reyms" və "Nitsa" isə Avropa Liqasında oynayacaq.

Turnir cədvəlinin son 2 pilləsində qərarlaşan "Amyen" və "Tuluza" Liqa 2-yə düşüb. Əvəzində isə aşağı dəstənin çempionu "Loryan" və 2-ci sırada qərarlaşmış "Lans" elitaya yüksəlib. (qol)







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib