23 oktyabr 2024. Çərşənbə

PSJ çempionluğu onlara həsr etdi


PSJ çempionluğu onlara həsr etdi
Fransada koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Liqa 1-də çempion elan olunan PSJ klubu bununla bağlı rəsmi açıqlama yayıb.
 
Corner.az xəbər verir ki, Paris klubunun sahibi Nasser El Xalafi də klub saytına açıqlama verərək, 9-cu çempionluqla bağlı fikirlərini bölüşüb.
 
O, bu çempionluğu koronavirusla mübarizədə ön cəbhədə dayanan səhiyyə işçilərinə həsr etdiklərini bildirib:
 
“Mövsümün erkən başa çatdırılması qərarını anlayışla qarşılayırıq. Çünki insanların sağlığı hər şeydən önəmlidi. Oyunçularımıza, texniki heyətə bu çempionluqdakı xidmətlərinə görə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bu zəfər çətin günlərdən keçən azarkeşlərimizə kiçik də olsa bir ümid və sevinc bəxş edəcək. Şərtlər imkan verəcəyi halda, bu çempionluğu mütləq bütün PSJ ailəsiylə qeyd etmək üçün səbrsizlənirəm”.






Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib