7 noyabr 2026. Şənbə

Fransa klubunun futbolçusu avtomobil qəzasında öldü


Fransa klubunun futbolçusu avtomobil qəzasında öldü

Fransanın "Oser" klubunun keçmiş futbolçusu Fabris Lepol avtomobil qəzasında dünyasını dəyişib.

Corner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, faciəvi hadisə mayın 22-nə keçən gecə baş verib. O, 43 yaşında həyatını itirib.

Qeyd edək ki, Fabris Lepol yetirməsi olduğu "Oser"lə 1995/1996 mövsümündə Fransa çempionu olub. Lepol 1997-ci ildə də avtomobil qəzasına düşüb. Nəticədə o, həmin hadisədən bir neçə il sonra karyerasını bitirməli olub. Mərhum futbolçu "Sent-Etyen" və "Kan"da da çıxış edib.

Onun oğlu Esteban Lepol da peşəkar futbolçudur. O, hazırda "Lion"un gənclərdən ibarət komandasında çıxış edir. (report)







Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi