- Fransa L.1
- 13:30 21.11.2024
"Marsel"in baş məşqçisi Andre Villas-Boas komandada qalmağa qərar verib.
Corner.az xəbər verir ki, portuqaliyalı mütəxəssis "RMC Sports"a açıqlamasında klubda xoşbəxt olduğunu deyib:
"Marsel"də çox xoşbəxtəm. Çempionlar Liqasında iştirak etmək arzusundayam. Ancaq iqtisadi vəziyyətimizin nə qədər sabit olduğunu bilmək istəyirəm. Yaxşı iş üçün şərait yoxdursa, o zaman layihə buna dəyməz. Məşqçi klubda özünə inamı hiss etməlidir".
Daha əvvəl 42 yaşlı məşqçinin klubun yeni müqavilə təklifini qəbul etmədiyi haqda xəbərlər yayılmışdı. Onun hazırkı müqaviləsi 2021-ci ilin iyununa qədərdir.
Qeyd edək ki, "Marsel" koronavirusa görə başa vurulan Fransa 1-ci Liqasında 2-ci yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb.(qol)