22 noyabr 2024. Cümə

Liqa 1 yenidən məhkəməlik oldu


Liqa 1 yenidən məhkəməlik oldu
Koronavirus pandemiyasına görə erkən başa çatdırılan Fransa çempionatı yenidən məhkəməlik olub.
 
Corner.az xəbər verir ki, Lion və Amyen Liqa 1 rəhbərliyinin 2019/20 mövsümünü bərpa etməsini tələb edir.
 
Fransa mətbuatının yaydığı məlumata görə, artıq məhkəmənin ilk iclası da olub. Sözügedən klubların prezidentləri həmin iclasda iştirak ediblər və iddialarını səsləndiriblər.
 
Qeyd edək ki, koronavirus pandemiyasına görə martda dayandırılan Fransa çempionatı sona 10 tur qalmış ölkədəki karantin rejimi ilə əlaqədar vaxtından öncə başa çatdırılıb və lider PSJ çempion elan olunub. Lion “Olimpik”i avrokuboklara vəsiqə qazana bilmədiyinə, “Amyen” isə elitanı tərk etdiyinə görə bu qərardan narazı qalıb. Onlar bu qərarın ləğv olunmasını, mövsümün idman prinsipləri əsasında başa çatdırılmasını istəyirlər. Liqa 1 rəhbərliyi isə sözügedən klubların tələbləri ilə razılaşmır. Təşkilatçılar bütün klubların yeni mövsümə hazırlaşmasını tövsiyə ediblər. Hətta iyunun 8-dən etibarən bu ölkədə transfer pəncərəsi də açıq elan olunacaq.
 
Əlavə edək ki, Liqa 1-in mövsümün bitməsi barədə qərarından dərhal sonra “Olimpik” (Lion), “Amyen” və “Tuluza” klubları məhkəməyə müraciət etsə də, Paris məhkəməsi bu etirazı rədd etdiyini açıqlamışdı.(matc)






Fransa L.1

David "Lill"i tərk etməyəcək
  • Fransa L.1
  • 13:30 21.11.2024
David "Lill"i tərk etməyəcək
Klopp Fransa klubu ilə çalışacaq
  • Fransa L.1
  • 12:37 21.11.2024
Klopp Fransa klubu ilə çalışacaq
"Monako" və PSJ-dən qələbə
  • Fransa L.1
  • 01:47 10.11.2024
"Monako" və PSJ-dən qələbə
Fransa klubu baş məşqçisiz qalıb
  • Fransa L.1
  • 20:02 07.11.2024
Fransa klubu baş məşqçisiz qalıb
"Nitsa"dan qələbə
  • Fransa L.1
  • 02:00 03.11.2024
"Nitsa"dan qələbə