Fransa Liqası ilə bağlı qərara dəyişiklik
Koronavirusa görə vaxtından əvvəl başa çatdırılan Fransa Liqası ilə bağlı qərara dəyişiklik olunub.
Corner.az Fransa mətbuatına istinadən xəbər verir ki, dövlət şurası 2-ci liqaya göndərilən “Tuluza” və “Amyen” klublarının şikayətini təmin edib. Hər iki klub yeni mövsümdə də elitada mübarizə aparacaqlar.1997-ci ildən bəri ilk dəfə avrokuboklardan kənarda qalan "Lion"un çempionatın davam etdirilməsi ilə bağlı şikayəti isə təmin edilməyib.Xatırladaq ki, PSJ Fransa Liqasında 2019/20 mövsümünün qalibi elan edilib.