23 oktyabr 2024. Çərşənbə

Amyens və Tuluza aşağı liqaya düşdü


Amyens və Tuluza aşağı liqaya düşdü

Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Fransa çempionatında son iki pillədə qərarlaşan “Amyen” və “Tuluza”nın elitanı tərk etməsi dəqiqləşib.
 
Corner.az xəbər verir ki, mövsümün erkən başa çatdırıldığı açıqlanarkən bu iki klub qərarla razılaşmadığından məhkəməyə müraciət etmişdi.

Artıq bu məsələ ilə bağlı yekun qərar verilib. Məhkəmə klubların iddiasını təmin etməyib. Hər iki klub 2020/21 mövsümündə Liqa 2-də mübarizə aparacaq. Bu barədə Fransa Peşəkar Futbol liqasının rəsmi saytı məlumat yayıb. Bu isə o deməkdi ki, Liqa 1 yeni mövsümdə 22 yox, ənənəvi olaraq 20 klubun iştirakı ilə keçiriləcək. “Amyen”lə “Tuluza”nı elitada Liqa 2-nin son mövsümünün qalibi “Loryan” və ikinci pilləni tutan “Lans” əvəz edəcək.







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib