7 noyabr 2026. Şənbə

Fransada yeni mövsümün başlama vaxtı açıqlandı


Fransada yeni mövsümün başlama vaxtı açıqlandı

Fransa Liqa 1-də 2020/2021 mövsümü avqustun 22-də başlayacaq.

Corner.az-ın Peşəkar Futbol Liqasının (LFP) rəsmi saytına istinadən məlumatına görə, yeni təqvim Direktorlar Şurasının iclasında təsdiqlənib. İlk turun oyunları 22-23 avqustda keçiriləcək. 

Mövsümdə fasilə dekabrın 23-dən 2021-ci il yanvarın 6-dək veriləcək. Çempionat mayın 23-də başa çatacaq. Mayın 27-də və mayın 30-da isə 2021/2022 mövsümündə elitada çıxış etmək uğrunda pley-off matçları keçiriləcək.

Qeyd edək ki, Fransa Liqa 1 38 turdan 28-i keçirildikdən sonra koronavirusla əlaqədar vaxtından əvvəl yekunlaşdırılıb və PSJ çempion elan olunub. 








Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi