23 oktyabr 2024. Çərşənbə

Fransa klubunun futbolçusu koronavirusa yoluxdu


Fransa klubunun futbolçusu koronavirusa yoluxdu

"Dijon" klubunun futbolçularından biri koronavirus xəstəliyinə yoluxub. 

Corner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, adı açıqlanmayan oyunçuda tibbi testlər nəticəsində aktiv və simptomsuz hal aşkarlanıb. Hələlik onun sağlıq durumu həyatı üçün təhlükə törətmir.

Mövcud tibbi protokollara uyğun olaraq, həmin şəxs karantini evində keçirəcək. Futbolçuları, personalı və bütün əməkdaşlarının sağlamlığını qorumaq üçün "Dijon" Fransa hökumətinin müəyyənləşdirdiyi qaydalara gələcəkdə də əməl edəcəyini bildirib. 

Qeyd edək ki, Fransada mövsüm vaxtından əvvəl yekunlaşdırılıb və PSJ qalib elan olunub. "Dijon" isə 16-cı yeri tutub.







Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib