“Lill” klubunun üç futbolçusunda koronavirus aşkarlanıb.
Corner.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Kristof Qaltye məlumat verib.
O, “Muskrona”ı 2:1 hesabıyla məğlub etdikləri yoxlama oyunundan sonra jurnalistlərə açıqlamasında Renato Sançes, Conatan İkone və Conatan Bambadan götürülən koronavirus testinin müsbət nəticə verdiyini bildirib. Hazırda onların xüsusi karantin rejimində müalicəsi davam etdirilir. Hər üç futbolçunun qısa zamanda sıraya dönməsi gözlənilir.
Qeyd edək ki, “Lill” koronavirus pandemiyasına görə başa çatdırılmayan Liqa 1-in 2019/20 mövsümündə 4-cü yeri tutduğu üçün Avropa Liqasında iştirak hüququ qazanıb