6 may 2026. Çərşənbə

Monako baş məşqçisini göndərdi


Monako baş məşqçisini göndərdi

"Monako” baş məşqçisi Robert Morenonun istefaya göndərilməsini rəsmən açıqlayıb.

Corner.az klubun saytına istinadən xəbər verir ki, 42 yaşlı yaşlı mütəxəssisin istefası ilə bağlı lazımi prosedurların həyata keçirilməsinə başlanılıb.

Bu ilin yanvarında “Monako”ya baş məşqçi təyin olunan ispaniyalı mütəxəssisin klubla müqaviləsi 2022-ci ilə qədər idi. Komanda onun rəhbərliyi altında 13 oyuna çıxıb, 5 qələbə qazanıb, 5 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.

“Monako” Liqa 1-də koronavirus pandemiyasına görə ləğv olunan 2019/20 mövsümünü 9-cu sırada bitirib.

Xatırladaq ki, “L’Equipe” nəşri "Monako"ya Xorvatiya millisi və “Bavariya”nın sabiq çalışdırıcısı Niko Kovaçın baş məşqçi təyin ediləcəyini yazıb.(qol)







Fransa L.1

“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi
“Nant” səfərdə uduzdu
  • Fransa L.1
  • 22:29 26.04.2026
“Nant” səfərdə uduzdu