7 noyabr 2026. Şənbə

Kapitan PSJ-dən ayrıldı


Kapitan PSJ-dən ayrıldı

PSJ-nin kapitanı Tiaqo Silva klubdan ayrılıb.

Corner.az xəbər verir ki, 35 yaşlı müdafiəçi  ötən gecə Çempionlar Liqasının finalında “Bavariya”ya məğlub olduqları matçdan (0:1)  sonra bu haqda açıqlama verib.
 
Braziliyalı futbolçu Paris təmsiliçisi ilə müqaviləsinin yenilənmədiyini bildirərək azarkeşlər və kluba təşəkkür edib: “Bu oyun PSJ-dəki son matçım idi. Çox məyusam. Azarkeşlərdən üzr istəyirəm. Mənə göstərdikləri sevgiyə görə çox təşəkkür edirəm. Bu kluba başqa bir rolda geri dönəcəyəm. Daha 3-4 il futbolçu karyeramı davam etdirmək və Qətərdə keçiriləcək dünya çempionatında oynamaq istəyirəm”.

Qeyd edək ki, Braziliya millisinin üvü 2012-ci ildən PSJ-də forma geyinirdi. O, komandanın heyətində ümumilikdə 315 oyuna çıxaraq 17 qol vurub və 5 qolun ötürməsini verib.(qol)







Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi