23 oktyabr 2024. Çərşənbə

Monako və Marsel'dən qələbə


Monako və Marsel'dən qələbə
Fransa çempionatında 2-ci turun oyunlarına yekun vurulub.
 
Corner.az xəbər verir ki, son oyun günündə altı qarşılaşma keçirilib.
 
“Nant” “Nim”ə, “Sent-Etyen” “Loryan”a qalib gəlib.
 
“Lill” səfərdə “Reyms”i minimal hesabla məğlub edibsə, “Monako” da “Mets”ə oxşar hesabla qalib gəlib. Səfərdə “Anje” ilə qarşılaşan “Bordo” inamlı qələbə qazanıb. Beş qolun qeydə alındığı “Brest” – “Olimpik” (Marsel) matçında da qonaqlar qələb qazanıb.
 
Bu tur keçirilməli olan “Lans” – PSJ matçı təxirə salınıb. Qarşılaşma sentyabrın 10-da oynanılacaq.
 
Fransa Liqa 1
2-ci tur
28 avqust
 
Olimpik (Lion) – Dijon 4:1
Qol: Depay, 39-pen; 45+1; 65-pen. Lautoa, 45-öz qapısına – Şeydler, 14.
 
29 avqust
 
Renn – Monpelye 2:1
Qol: Le Tallek, 22-öz qapısına. Kamavinqa, 77 – Labord, 90+1.
 
Strasburq – Nitsa 0:2
Qol: Dolberq, 37; 59.
 
30 avqust
 
Reyms – Lill 0:1
Qol: Bamba, 32.
 
Anje – Bordo 0:2
Qol: Maya, 25. Basiç, 27.
 
Mets – Monako 0:1
Qol: Badiaşile, 22.
 
Nant – Nim 2:1
Qol: Jirotto, 11. Louza, 27 – Z.Ferhat, 57.
 
Sent-Etyen – Loryan 2:0
Qol: Hamuma, 19; 51.
 
Brest – Olimpik (Marsel) 2:3
Qol: Fayvr, 45+1. Karbonye, 89 – Toven, 20. Çaleta-Çar, 27; 80.






Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib