22 iyun 2026. Bazar ertəsi

Neymara 7 oyunluq cəza verilə bilər


Neymara 7 oyunluq cəza verilə bilər

PSJ klubunun futbolçusu Neymar “Marsel”lə görüşdə etdiyi hərətəkə görə 7 oyunluq cəza ala bilər. 

Corner.az "RMC Sport"a istinadən xəbər verir ki, sözügedən görüşdə hər iki tərəfin futbolçuları bir-birləri ilə dalaşıb. 28 yaşlı hücumçu rəqibini vurduğu üçün birbaşa qırmızı vərəqə alıb. Oyunun ardından hücumçu irqçiliyə məruz qaldığını vurğulayıb.

Braziliyalı futbolçu 4 - 7 oyunluq cəza ilə üzləşəcək. 

Qeyd edək ki, qarşılaşma "Marsel"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Neymardan başqa, 4 oyunçu da qırmızı vərəqə ilə cəzalandırılıb. 







Fransa L.1

“Komandasız heç nəsən”
  • Fransa L.1
  • 22:37 25.05.2026
“Komandasız heç nəsən”