1 may 2026. Cümə

Qalmaqallı oyunla bağlı cəzalar açıqlandı


Qalmaqallı oyunla bağlı cəzalar açıqlandı

Fransa Futbol Federasiyası Liqa 1-in 3-cü turunda PSJ -  "Marsel" görüşündə qırmızı vərəqə alan 5 futbolçunun cəzasını açıqlayıb.

Corner.az qurumun saytına istinadən xəbər verir ki, Paris təmsilçisinin  müdafiəçisi Layvin Kurzavaya davanı başlatdığı üçün 6, onunla dava edən “Marsel”in oyunçusu Cordan Amaviyə 3 oyunluq cəza verilib.

"Marsel"in müdafiəçisi Alvaro Qonzalesə vuran PSJ-nin oyunçuları Neymar və Leandro Parades 2 oyunda iştirak etməkdən məhrum olublar.  “Marsel”in digər oyunçusu Dario Benedetto isə 1 matç yaşıl meydanlardan kənarda qalacaq.

Neymara qarşı irqçi ifadələr işlətdiyi iddia edilən Alvaro Qonzales haqqında araşdırmanın isə davam etdiyi bildirilib.

Qeyd edək ki, sözügedən qarşılaşmada “Marsel” PSJ-yə 1 cavabsız qolla qalib gəlib.(qol)







Fransa L.1

“Nant” səfərdə uduzdu
  • Fransa L.1
  • 22:29 26.04.2026
“Nant” səfərdə uduzdu
“Lill”ə bir qol bəs etdi
  • Fransa L.1
  • 22:02 26.04.2026
“Lill”ə bir qol bəs etdi
PSJ 3 xalı 3 qolla qazandı
  • Fransa L.1
  • 23:01 25.04.2026
PSJ 3 xalı 3 qolla qazandı
“Lion”dan çətin qələbə
  • Fransa L.1
  • 19:07 25.04.2026
“Lion”dan çətin qələbə