23 oktyabr 2024. Çərşənbə

PSJ-nin prezidenti 28 aylıq həbs oluna bilər


PSJ-nin prezidenti 28 aylıq həbs oluna bilər
İsveçrə prokurorluğu “BeIN Media Group” şirkətinin və PSJ klubunun prezidenti Nasser Əl-Xəlaifiyə 28 aylıq həbs cəzası verilməsini tələb edib.
 
Corner.az xəbər verir ki, bu barədə “L`Equipe” nəşri məlumat yayıb.
 
Paris təmsilçisinin prezidenti Əl-Xəlaifi və FIFA-nın keçmiş baş katibi Jerom Valke korrupsiyada ittiham edilir.   Qətərli iş adamının FİFA-nın keçmiş baş katibi Jerom Valkeyə rüşvət verdiyi iddia olunur. Əl-Xəlaifinin sahib olduğu “BeIN Media Group” şirkəti DÇ-2018-in, eləcə də 2022 və 2026-cı illərdə keçiriləcək növbəti dünya çempionatlarının yayım hüququnu əldə etmək üçün məhz Valke ilə rüşvət müqabilində anlaşıb.
 
Jerom Valke DÇ-2014-ün bilet satışı zamanı rüşvətə yol verməkdə şübhəli bilindiyi üçün 2016-cı ildə FİFA-nın baş katibi postundan uzaqlaşdırılıb. İsveçrə prokurorluğu Valkenin də 3 illik həbsini tələb edib.






Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib