- Fransa L.1
- 22:15 22.11.2024
PSJ-in baş məşqçisi Tomas Tuçel 2020/2021 mövsümünün təqvimini tənqid edib.
Corner.az xəbər verir ki, almaniyalı mütəxəssis "Goal" nəşrinə açıqlamasında futbolçuların həddindən artıq yükləndiyini bildirib.
47 yaşlı mütəxəssis düşünür ki, belədə zədə riski də yüksək olur: "Biz bu cür sıx qrafiklə onları öldürürük. Çünki hazırlıq və oyun arasında fasilə olmur. Futbolda hər zaman bütün çətinlik ən güclü futbolçuların üzərinə düşür. Üstəlik, onlar öz milli komandalarında da çıxış edirlər. Fasilə vaxtı oynayırlar, daim səfərlərdə olurlar. Məncə, bütün bunlar oyunçu üçün çoxdur. Növbəti məşqə çıxmaq üçün bərpa oluna bilmirlər. Bu zaman futbolçular zədəyə meylli olurlar və onları idarə etmək çətinləşir. Bu, bəhanə deyil, həqiqətdir. Hər matçda ən azı 1 futbolçumuzu itiririk və bu, təkcə PSJ-yə aid deyil".
Qeyd edək ki, Tomas Tuçel PSJ-yə 2018-ci ildən başçılıq edir.