7 noyabr 2026. Şənbə

PSJ-nin prezidenti bəraət aldı


PSJ-nin prezidenti bəraət aldı
İsveçrə məhkəməsi korrupsiyada ittiham edilən PSJ-nin prezidenti və “beIN Media Group”un rəhbəri Nasser Əl-Xelaifi ilə bağlı yekun qərarını açıqlayıb.
 
Corner.az xəbər verir ki, məhkəmə 46 yaşlı funksionerin bəraət alması ilə bağlı qərar verib.
 
PSJ-nin prezidenti dünya çempionatları matçlarının yayım hüquqlarının alınması üçün FIFA-nın sabiq baş katibi Jerom Valkeyə rüşvət verməkdə ittiham olunurdu.
 
Qeyd edək ki, Əl-Xelaifi 2013-cü ildən media holdinqin rəhbəridir. O, 2011-ci ildən PSJ-nin rəhbəri, Qətər Tennis Federasiyasının prezidenti, Asiya Tennis Federasiyasının vitse-prezidenti vəzifələrində çalışır.






Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi