7 noyabr 2026. Şənbə

Lion Lill'lə heç-heçə etdi


Lion Lill'lə heç-heçə etdi
Fransa Liqa 1-də 9-cu turun oyunları keçirilib.
 
Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
 
“Monako” bu tur öz meydanında “Bordo”nu sınağa çəkib və darmadağınla qalib gəlib. Cari mövsümə uğurlu başlayan “Lill” isə Lion'la münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qalib müəyyənləşməyib. “Dijon” – “Loryan” matçı da heç-heçə yekunlaşıb.
 
“Sent-Etyen” evdə “Monpelye”yə, “Anje” “Nitsa”ya, “Nim” isə “Mets”ə məğlub olub. “Reyms” də “Strasburq”la ev oyununda qələbə qazanıb.
 
9-cu turun “Olimpik” (Marsel) – “Lans” matçı təxirə salınıb.
 
Fransa Liqa 1
9-cu tur
31 oktyabr
 
Renn – Brest 2:1
Qol: Da Silva, 66. Aqerd, 70 – Honorat, 57.
 
Nant – PSJ 0:3
Qol: A.Herrera, 47. Mbappe, 65. Sarabia, 88.
 
1 noyabr
 
Sent-Etyen – Monpelye 0:1
Qol: Mavididi, 14.
 
Anje – Nitsa 0:3
Qol: R.Lopes, 12. Melu, 23-pen. Budaui, 78.
 
Dijon – Loryan 0:0
 
Nim – Mets 0:1
Qol: Queye, 15.
 
Reyms – Strasburq 3:1
Qol: Kamara, 22-öz qapısına. Faes, 27 – Ayorke, 30-pen.
 
Monako – Bordo 4:0
Qol: Ben Yedder, 28. Martins, 30. Volland, 31; 58.
 
Lill – Olimpik (Lion) 1:1
Qol: Bamba, 22 – Z.Çelik, 41-öz qapısına.






Fransa L.1

Hakimi “Troy”la oyunu buraxacaq
  • Fransa L.1
  • 22:43 06.11.2026
Hakimi “Troy”la oyunu buraxacaq
“Enrike xüsusi məşqçidir”
  • Fransa L.1
  • 00:11 03.11.2026
“Enrike xüsusi məşqçidir”
PSJ “Havr”ı darmadağın etdi
  • Fransa L.1
  • 23:57 30.10.2026
PSJ “Havr”ı darmadağın etdi