16 mart 2026. Bazar ertəsi

Qvardiola uşaqlıqdan mənim kumirim olub


Qvardiola uşaqlıqdan mənim kumirim olub

"Barselona”nın sabiq futbolçusu Sesk Fabreqas komandanın keçmiş baş məşqçisi Pep Qvardioladan danışıb.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, hazırda "Monako"da çıxış edən 33 yaşlı yarımmüdafiəçi 49 yaşlı mütəxəssislə münasibətlərinin yaxşı olmadığını deyib:

“Onunla 8 il əlaqəmiz olmayıb. “Barselona”da bəzi xoşagəlməz anlar yaşadıq. Bunlar haqqında danışmaq istəmirəm. Təəsüf hissidir, yoxsa qarışıqlıq, bilmirəm. O uşaqlıqdan mənim kumirim idi. Qvardiolanı izləyərək, böyümüşəm”.

Qeyd edək ki, Fabreqas 2011-2014, Qvardiola isə 2008-2012-ci illərdə Kataloniya klubunda işləyib.(qol)







Fransa L.1

“Lion” səfərdə xal itirdi
  • Fransa L.1
  • 22:38 15.03.2026
“Lion” səfərdə xal itirdi
"Lion" evdə xal itirdi
  • Fransa L.1
  • 02:00 09.03.2026
"Lion" evdə xal itirdi
"Marsel"ə bir qol bəs etdi
  • Fransa L.1
  • 02:11 08.03.2026
"Marsel"ə bir qol bəs etdi