- Fransa L.1
- 22:15 22.11.2024
"Nant" klubunun prezidenti Valdemar Kita Liqa 1-in 9-cu turunun PSJ ilə oyununda etdiyi hərəkətə görə sərt cəzalandırılıb.
Corner.az xəbər verir ki, Peşəkar Futbol Liqasının İntizam Komissiyası 67 yaşlı funksioneri 2-si şərti olmaqla 4 ay müddətinə diskvalifikasiya edib.
Polşalı klub rəhbəri Paris təmsilçisi ilə matçın hakimliyindən narazılıq etdiyi üçün cəza alıb. O, rəqib komandanın kapitanı Markinyosu, həmçinin Kilian Mbappe və idman direktoru Leonardonu matçın fasiləsində hakimlər otağına buraxan referini sərt tənqid edib.
Qeyd edək ki, matç PSJ-nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.