23 oktyabr 2024. Çərşənbə

Monako PSJ-ni məğlub etdi


Monako PSJ-ni məğlub etdi
Fransa çempionatında 11-ci turun oyunlarına start verilib.
 
Corner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. 
 
Turun açılış matçında “Renn” öz meydanında “Bordo”nu qəbul edib. Qonaqlar bu oyundan minimal hesablı qələbə ilə  ayrılıb.
 
Turun mərkəzi görüşündə lider PSJ səfərdə “Monako”nun qonağı olub. Beş qolun qeydə alındığı matç Paris təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb.
 
Bu tur keçirilməli olan “Olimpik” (Marsel) – “Nitsa” matçı qonaqların bir neçə futbolçusunda koronavirus aşkarlandığı üçün təxirə salınıb.
 
Fransa Liqa 1
11-ci tur
20 noyabr
 
Renn – Bordo 0:1
Qol: Ben Arfa, 37.
 
Monako – PSJ 3:2
Qol: Volland, 52; 66. Fabreqas, 84-pen – Mbappe, 25; 37-pen.
 






Fransa L.1

PSJ Enrike ilə bağlı qərar verib
  • Fransa L.1
  • 17:44 17.10.2024
PSJ Enrike ilə bağlı qərar verib