Fransa çempionatında 14-cü turun oyunlarına yekun vurulub.
Corner.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
“Nitsa” evdə “Renn”ə məğlub olubsa, “Brest” “Reyms”ə, “Loryan” “Nim”ə qalib gəlib. “Nant” – “Dijon” və “Strasburq” – “Mets” matçlarında qalib müəyyənləşməyib.
Turun mərkəzi görüşü Parisdə baş tutub. Lider PSJ öz meydanında Lion “Olimpik”ini sınağa çəkib. Qonaqlar bu görüşdə minimal hesablı qələbə qazanıb. “Lill” də “Bordo” üzərində inamlı qələbə qazanaraq zirvəyə yüksəlib. Hazırda “Lill” və Lion “Olimpik”i 29 xalla ilk iki pilləni bölüşürlərsə, PSJ üçüncü pilləyə düşüb.
Fransa Liqa 1
14-cü tur
11 dekabr
Sent-Etyen – Anje 0:0
12 dekabr
Olimpik (Marsel) – Monako 2:1
Qol: Toven, 5. Benedetto, 13 – Ben Yedder, 79-pen.
Lans – Monpelye 2:3
Qol: Omlin, 36-öz qapısına. Kakuta, 50-pen – Mavididi, 16. Mendes, 26. Laborde, 69.
13 dekabr
Nitsa – Renn 0:1
Qol: Nyanq, 28.
Brest – Reyms 2:1
Qol: Honorat, 30. Munye, 77 – Zeneli, 65.
Loryan – Nim 3:0
Qol: Boysqard, 2. Hamel, 29. Vissa, 90.
Nant – Dijon 1:1
Qol: Simon, 24-pen – Konate, 54.
Strasburq – Mets 2:2
Qol: Simakan, 66. Tomasson, 78 – Bronn, 35-pen. Nquette, 70.
Lill – Bordo 2:1
Qol: Bamba, 17. Fonte, 45 – Basiç, 29.
PSJ – Olimpik (Lion) 0:1
Qol: Kadevere, 35.