6 may 2026. Çərşənbə

Domenek 10 ildən sonra məşqçiliyə qayıtdı


Domenek 10 ildən sonra məşqçiliyə qayıtdı

Fransanın “Nant” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisini Raymon Domenek çalışdıracaq.

68 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanılıb.

Domenekin son iş yeri 2004 - 2010-cu illərdə rəhbərlik etdiyi Fransa millisi olub. Komanda onun başçılığı ilə "DÇ-2006"nın gümüş mükafatına sahib olub.

Qeyd edək ki, “Nant” Fransa çempionatındakı son 8 oyununda qələbə qazana bilməyib. Komanda 17 turdan 15 xalla 16-cı pillədə qərarlaşıb.







Fransa L.1

“Lion”dan inamlı qələbə
  • Fransa L.1
  • 00:50 04.05.2026
“Lion”dan inamlı qələbə
PSJ evdə xal itirdi
  • Fransa L.1
  • 23:32 02.05.2026
PSJ evdə xal itirdi
“Nant” səfərdə uduzdu
  • Fransa L.1
  • 22:29 26.04.2026
“Nant” səfərdə uduzdu