11 avqust 2026. Çərşənbə axşamı

PSJ-nin ilk qolunun müəllifi vəfat etdi


PSJ-nin ilk qolunun müəllifi vəfat etdi
PSJ-nin sabiq futbolçusu Bernar Qinedu vəfat edib.
 
Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda, Qinedunun 73 yaşında vəfat etdiyi bildirilib.
 
Qinedu, PSJ-nin klub tarixindəki ilk qolunun müəllifidir. Mərhum yarımmüdafiəçi 1970-ci il, avqustun 23-də PSJ-nin “Poiters”ə qarşı keçirdiyi oyunda komandasının yeganə qolunun müəllifi olub – 1:1.
 
Qeyd edək ki, PSJ klubunun əsası 1970-ci ildə qoyulub.






Fransa L.1

"Malyorka" PSJ-ni darmadağın etdi
  • Fransa L.1
  • 01:05 06.08.2026
"Malyorka" PSJ-ni darmadağın etdi