11 avqust 2026. Çərşənbə axşamı

PSJ-nin kapitanı dəyişəcək? - Poçettino açıqladı


PSJ-nin kapitanı dəyişəcək? - Poçettino açıqladı

PSJ-nin yeni baş məşqçisi Maurisio Poçettino komandanın kapitanının kim olacağı ilə bağlı yayılan suallara cavab verib. 

Corner.az “L`Equipe”yə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis Markinosun Paris təmilçisinin kapitanlıq sarğısını daşımağa davam edəcəyini bildirib: “Markinos PSJ-nin kapitanıdır. Bu belə də davam edəcək. İndi gələcəkdə verəcəyim qərarlar haqqında danışmağın yeri deyil. Əsas qalib gəlmək lazımdır”.

Qeyd edək ki, argentinalı mütəxəssis bir neçə gün öncə PSJ-yə baş məşqçi təyin olunub.







Fransa L.1

"Malyorka" PSJ-ni darmadağın etdi
  • Fransa L.1
  • 01:05 06.08.2026
"Malyorka" PSJ-ni darmadağın etdi